Neftçalanın 3 kəndi qaz tələb edir - Şikayət

saytların hazırlanması

Evə çatdırılma

Neftçalanın 3 kəndi qaz tələb edir - Şikayət

Xalqın səsi

30 Mart 2023 13:57 64825


Neftçala rayonunun Beşdəli, Qaraqaşlı, Şorkənd kəndlərinə hələ də qaz çəkilməyib, sakinlər elektrik enerjisi, yaxud odun sobalarından istifadə edirlər.

Bu barədə Şorkənd kənd sakini Bayram Mayılov şikayətini Yenisabah.az vasitəsilə çatdırıb.

Şikayətçi deyib ki, XXI əsr, 2023-cü il olmasına baxmayaraq, sakinlər hələ də evlərini odun sobası ilə isitməli olurlar: "Odun tapmaq isə problemdir, üstəlik bahadır". pizza hut

1992-ci ildə Qarabağ uğrunda döyüşlərində həlak olmuş şəhid Fail Mayılovun qardaşı qeyd edib ki, qonşu kəndlərə qaz çəkilsə də, onun kəndi "yaddan çıxıb":

“Tam yaxınlığımızda yerləşən Cəngən kəndinə qədər qaz çəkilib, amma Beşdəli, Qaraqaşlı və Şorkənddə hələ də qaz yoxdur. Kənddə modul tipli məktəb tikilib, yeni yol salınıb, lakin qaz prioblemi illərdir həll edilmir.

Bizim kəndi Salyan rayonu Babazanlı qəsəbəsi ilə bir yol ayırır, yolun o biri tərəfində qaz var, bu tərəfində isə yox. Bəs biz Azərbaycan vətəndaşı deyilik?!"

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!