“Neftçi“ biletlərin qiymətini qaldırdı -   50 manat

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ biletlərin qiymətini qaldırdı - 50 manat

İdman

11 May 2019 10:04 1439


Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qarabağ”ı qəbul edəcək “Neftçi” oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb.

"Yeni Sabah" klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, qiymət bütün sektorlara 50 manat təşkil edir. Mövsüm ərzində “Neftçi”nin ev oyunlarında biletlərin qiyməti VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat olub.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq. Matç bitəndən sonra mükafatlandırma mərasimi keçiriləcək. Çempionluq kubokunu başı üzərinə qaldıracaq “Qarabağ” qızıl, “Neftçi” gümüş, “Səbail” isə bürünc medal alacaq. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!