““Neftçi” çempion futbolunu nümayiş etdirmir” - Kənan Məstəliyev

saytların hazırlanması

Evə çatdırılma

““Neftçi” çempion futbolunu nümayiş etdirmir” - Kənan Məstəliyev

İdman

02 Aprel 2019 19:22 2007


“Mənim fikrimcə, “Qarabağ” bir addım irəlidədir və çempionluğa daha yaxındır”.

Bu sözləri idman jurnalisti Kənan Məstəliyev “Yeni Sabah”a Topaz Premyer Liqasındakı ümumi vəziyyəti şərh edərkən deyib. K.Məstəliyev hazırda turnir cədvəlində “Neftçi”nin lider olmağına baxmayaraq, onun çempion futbolunu nümayiş etdirmədiyini söyləyib:

“İndiki durumda bir neçə şeyi nəzərə almaq lazımdır. Meydanda nümayiş etdirilən futbol məsələsi var. Hazırkı məqamda “Neftçi” birinci pillədə olsa belə, məncə “Qarabağ” bir addım öndədir.  Baxmayaraq ki, son oyunda “Neftçi” “Qarabağ”ı öz evində qəbul edir, amma bu nisbi məsələdir. Çünki elə də səfər sayılmaz. “Neftçi”nin o qədər azarkeşi də yoxdur ki, stadionu doldursun, rəqibə səfər atmosferi yaşatsın. İstənilən halda “Neftçi” çempionluğa real namizədlərdən biridir. Lakin çempion futbolu deyə bir məhfum var və çempion futbolunu “Neftçi” nümayiş etdirmir.  Pepperoni pizza

“Qarabağ” isə o çempion futboluna yaxın oyun göstərir, amma son 5 ildə çempion olan, rəqiblərindən birbaşa üstün olan “Qarabağ” kimi yox. İndi o ruh yoxdur. Bir məsələ də var ki, “Qarabağ”ın gücü, legionerləri var, neçə illərdir, bir yerdə oynayırlar. “Neftçi” isə bir qədər yeni qurulmuş komandadır deyə, bu onlara problem yarada bilər. Mənim fikrimcə, “Qarabağ” bir addım irəlidədir və çempionluğa daha yaxındır”. 

K.Məstəliyev  Topaz Premyer Liqasının 22-ci tur çərçivəsində keçirilən “Sumqayıt”-“Qarabağ”  matçından və ev sahibinin məğlubiyətinin səbəblərindən də danışıb:

“Mən oyunu canlı izləyirdim. Zubirin də o gözəl qolunu stadionun ən yaxın yerindən izlədim. Ümumiyyətlə, “Qarabağ”ın “Sumqayıt”la oyunları rahat alınır. Bu “Sumqayıt”ın yaxşı vaxtlarında da belə olub. Amma rahatlıqdan əlavə, “Sumqayıt”da istər heyət baxımdan, istər  idarəetmə baxımından ciddi problemlər var. Bu məsələlər nə qədər çalışılsa da, həll yolunu tapmayıb. Bunun da bir çox səbəbləri var. “Sumqayıt” başqa komandalardan fərqli olaraq, legioner futbolçu dəvət edə bilmir. Pulları olsa belə, rəhbərlik tərəfindən qoyulan bir tapşırıq, bir siyasət var ki, heyətdə ancaq yerli və yaxud milliyəti azərbaycanlı olan futbolçu olmalıdır. Heyətdə olan  futbolçularla  isə bundan artığını etmək mümkün deyil. Ən yaxşı halda “Keşlə”ni arxada qoyub  8 komanda arasında 7-ci olmaq olar. Sumqayıt kimi böyük futbol ənənəsi olan şəhəri təmsil edən komandanın bu formada məğlubiyyətləri çox üzücüdür. Fikrimcə, məğlubiyyətlərin səbəbi heyətin yetərsiz olamasıdır”. 

Kənan Məstəliyev “Sumqayıt”ın  böyük hesablı məğlubiyyətində baş məşqçi Ayxan Abbasovu günahlandırmağın doğru olmadığını deyib:

“Komandanın əsas gücü olan Əfran İsmayılov əməliyyat olunub. Ehtiyyatda olan futbolçuların isə 90%-nin yaşı heç 20 deyil. Burda da ancaq Rail Məlikov və Vurğun Hüseynov qalır. Onlar da yaşlıdırlar. Ola bilsin ki, məşqçi fikirləşmişdi ki, bu dəfə fərqli oynayaq, sürətli oyun göstərək. Amma Rail ilə Vurğun olsa belə, hesab 0:6 olmasa da, 0:4 olacaqdı. İnanmıram ki, 0:3-dən az ola. Çünki “Qarabağ” onsuz da o 3 qolu vuracaqdı.  Oyunçu seçimi çox olmadığına görə Ayxan Abbasovun üstünə düşməyimiz doğru olmaz. Bu oyunçularla ancaq bu qədərini etmək olar. Ümid edək ki, bu durum dəyişəcək və komanda ən azından 7-ci yeri tutacaq. Sumqayıt mənim doğma şəhərimdir . Buna görə də onları belə görmək məni də üzür”.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!