“Neftçi” futbolçularına “Qarabağ”dan daha çox maaş verir -   AFFA açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” futbolçularına “Qarabağ”dan daha çox maaş verir - AFFA açıqladı

İdman

17 Dekabr 2025 14:49 691


Ötən mövsüm Misli Premyer Liqasında çıxış edən klubların futbolçularına ödədikləri əməkhaqqının məbləği açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

2024/2025-ci illər mövsümündə oyunçulara ən çox maaş ödəyən klub "Neftçi" olub. Marqarita pizza

Paytaxt təmsilçisində bu məbləğ 18 milyon 287 min 111 manat təşkil edib.

Bu göstəricidə ikinci pillədə "Qarabağ" qərarlaşıb. Ağdam klubu futbolçularına 13 milyon 878 min 800 manat məvacib ödəyib.

Bu rəqəm "Sabah"da 8 milyon 911 min 200, "Sumqayıt"da 4 milyon 431 min 100, "Səbail"də 4 milyon 385 min 800, "Zirə"də 4 milyon 287 min 627, "Araz-Naxçıvan"da 3 milyon 619 min 200, "Turan Tovuz"da 2 milyon 613 min 900 manat təşkil edib.

Ötən mövsüm futbolçulara ən az əməkhaqqı ödəyən klublar isə "Kəpəz" (1 milyon 754 min 700 manat) və "Şamaxı" (1 milyon 4 min 300 manat) olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!