““Neftçi” ilə oyunda şans veriləcəyini gözləmirdim” - Ədilxan Qarəhmədov

saytların hazırlanması

Evə çatdırılma

““Neftçi” ilə oyunda şans veriləcəyini gözləmirdim” - Ədilxan Qarəhmədov

İdman

26 Aprel 2019 20:28 1624


 “Üçüncülüyə kim layiqdirsə, o da olacaq. Amma təbii ki, biz də bunu istəyiriksə, qarşıdakı oyunlardan maksimum xal toplamalıyıq”. 

“Səbail”in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov “Yeni Sabah”a açıqlama verib. Futbolçu əvvəlcə “Neftçi” ilə (2:2) oyunda vurduğu qoldan danışıb:

“Əlbəttə, “Neftçi” kimi komandadan xal almaq sevindiricidir. Açığı, belə oyunda məşqçinin şans verəcəyini gözləmirdim, amma hər bir oyuna özümü hazırlayıram. Məşqçimizin mənə olan güvənini doğrultmağa çalışıram”. Dominos pizza

Sabah “Qəbələ” ilə keçiriləcək matç haqqında da danışan futbolçu qalib gələcəklərini düşündüyünü söyləyib:

““Qəbələ” ilə ağır oyun keçəcəyini bilirik. Ona görə də ciddi şəkildə hazırlaşırıq. Fikrimcə, sevinən tərəf biz olacağıq”. 

Futbolçu hakimin idarəçiliyi ilə bağlı səslənən fikirlərə gəlincə, bundan danışmaq istəmədiyini, lazımi fikirləri baş məşqçinin söylədiyini vurğulayıb.

Qeyd edək ki, sabah 17:30-da start götürəcək “Səbail”-“Qəbələ” matçı ASCO arenada baş tutacaq.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!