“Neftçi“ oyunçuları üçün əlamətdar tur

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ oyunçuları üçün əlamətdar tur

İdman

01 Aprel 2019 21:40 2266


Topaz Premyer Liqasının XXII turu “Neftçi”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.

“Yeni Sabah” xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov “ağ-qaralar”ın heyətində 50-ci çempionat oyununu keçirib. O, bu matçlarda 11 qol vurub. “Keşlə”ylə qarşılaşmada komandasına 1:0 hesablı qələbə qazandıran qolun müəllifi Emin Mahmudov isə “Neftçi”də ümumilikdə 10-cu dəfə fərqlənib. 

Azərbaycan Kuboku və UEFA Avropa Liqasında bir qolu olan yarımmüdafiəçi Premyer Liqadakı hesabını 8 topa çatdırıb. O, 2017/18 mövsümündə Premyer Liqa və Azərbaycan kuboku yarışlarının hərəsində bir qol vurubsa, cari mövsüm bir dəfə UEFA Avropa Liqasında, yeddi dəfə çempionatda fərqlənib. Eminin “Neftçi”dəki ilk qolu 2017-ci il noyabrın 19-na təsadüf edib. Yarımmüdafiəçi “Qəbələ” ilə Premyer Liqanın ev görüşündə (2:3) qol sevinci yaşayıb. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!