“Neftçi” - “Qarabağ” oyunu təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” - “Qarabağ” oyunu təxirə salındı

İdman

12 Fevral 2026 20:51 638


Misli Premyer Liqasının XXI turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ" komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb.

Peşəkar Futbol Liqasından "Yeni Sabah"a verilən məlumata görə, "Qarabağ"ın rəsmi müraciəti, "Neftçi" klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək.

Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat hələlik yoxdur. Pepperoni pizza

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-offunda "Nyukasl"la (İngiltərə) matça yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib. "Qarabağ" və "Nyukasl" komandaları arasında ilk matç fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!