Bu gün Topaz Premyer Liqasında 23-cü tura start veriləcək.
“Yeni Sabah” xəbər verir ki, ilk oyun günündə 2 oyun keçiriləcək. Günün ilk matçında "Sumqayıt" evdə "Keşlə"ni qəbul edəcək. Günün digər görüşündə isə "Neftçi" "Zirə" ilə qarşılaşacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" və "Sabah" - "Səbail" oyunları ilə yekun vurulacaq. Dominos pizza
6 aprel (şənbə)
Topaz Premyer Liqası, 23-cü tur
16:00 . “Sumqayıt” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rauf Cabarov
“Kapital Bank Arena”
18:00. “Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Bakcell Arena”
7 aprel (bazar)
14:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu
Qəbələ şəhər stadionu
16:30. “Sabah” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Əlincə Arena”
Telegram kanalımız