“Neftçi“dən qiymət açıqlaması:   “İstər 5 manata satarıq, istər 50 manata...“

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“dən qiymət açıqlaması: “İstər 5 manata satarıq, istər 50 manata...“

İdman

11 May 2019 10:49 1003


"Neftçi" çempionatın son turunda keçiriləcək "Qarabağ"la oyunun biletlərini 50 manata satışa çıxarıb. 

Klubunun mətbuat katibi Rüstəm Allahverdiyev qiymət artımının səbəbini kommersiya ilə bağlı olduğunu bildirib: "Oyuna gəlmək istəyən çoxdu. Biz də bunun kommersiya tərəfini düşünərək belə qərar verdik. Kim oyuna, mükafatlandırma mərasiminə baxmaq istəyirsə, 50 AZN-dən keçib gəlib baxa bilər".

Bir müddət öncə "Neftçi" azarkeşləri doğma meydanda əzəli rəqib "Qarabağ"ın mükafatlandırılmasına etiraz edirdi. Bununla bağlı olaraq paytaxt təmsilçisi matçın "Bakcell Arena"dan "Dalğa Arena"ya keçirilməsi üçün PFL-ə müraciət etmişdi. Lakin qurum reqlamentə uyğun davranaq görüşün məkanını dəyişmədi.  Pepperoni pizza

Biletin qiymətində olan artımın bu məsələ ilə yaxından-uzaqdan nəsə əlaqəsi olub-olmadığını soruşduğumuzda isə, Allahverdiyev "Bunun məsələyə heç bir aidiyyatı yoxdur. Bu qərar həm öz azarkeşlərimizə, həm də rəqib komandanın azarkeşlərinə aiddi. Ümumiyyətlə, neytral azarkeş də ola bilər ki, gəlib "Neftçi" - "Qarabağ" oyununa baxmaq istəyər. 

Biz bütün oyunlarda bilet satmışıq. Elə bir oyun yoxdur ki, biz orada bilet satışı həyata keçirməyək. Əgər hansısa oyunda bilet satmasaydıq, bu cür təəccüblə qarşılanardı. Qiymət artımı da klubun öz daxili işidir. İstər 5 manata satar, istər 50 manata, istərsə də 100 manata. Az əvvəl kassada işləyənlərdən xəbər aldım ki, artıq biletləri alanlar var", deyə bildirib. 

Sport7.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!