"Neftçi" klubunun futbolçusu Elvin Sərkərov Latviyanın "Dauqavpils” komandasına transfer olunub.
"Yeni Sabah" klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq 22 yaşlı müdafiəçi ilə müqavilə imzalanıb.
Sözləşmənin şərtlərinə görə, Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi”yə ödəniləcək. Azərbaycanın U-21 yığmasında da çıxış edən oyunçu ölkəyə qayıdacağı təqdirdə, ilk seçimini "Neftçi” üzərində edəcək. Pepperoni pizza
Telegram kanalımız