Neftin qiyməti ilə bağlı son proqnoz

saytların hazırlanması

Evə çatdırılma

Neftin qiyməti ilə bağlı son proqnoz

İqtisadiyyat

19 Yanvar 2019 18:09 1443


Bu il dünyada neftin qiyməti 55 dollar həddindən yüksək olacaq, amma 80 dollar səviyyəsinə çatmayacaq.

Bunu rusiyalı ekspert Leonid Xazanov deyib. Ekspertin sözlərinə görə bu, onunla bağlıdır ki, bir tərəfdən OPEK+ ölkələri neft hasilatını sutkada 1,2 milyon barrel azaltmaq qərarına gəlib, amma digər tərəfdən ABŞ “qara qızıl”ın ixracatçısına çevrilərək bazar konyunkturuna təzyiq göstərir:

“Qlobal iqtisadiyyatdakı problemlər də öz rolunu oynayır. Ona görə də neftə tələbatın genişlənəcəyini gözləməyə dəyməz”. Marqarita pizza

O əlavə edib ki, qlobal neft bazarındakı vəziyyət Rusiya, Azərbaycan və Qazaxıstanda vergi gəlirlərinin həcminə və dinamikasına təsir edəcək.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!