“Nemət Pənahlı fırıldaqçı və yalançıdır” -   “Meydan hərəkatı” dövründə toplanan pulu kim mənimsəyib?

saytların hazırlanması

Evə çatdırılma

“Nemət Pənahlı fırıldaqçı və yalançıdır” - “Meydan hərəkatı” dövründə toplanan pulu kim mənimsəyib?

Siyasət

09 Yanvar 2026 17:38 4052


“Əbülfəz Əliyev dünya malında gözü olmayan adam idi. Tamahkar deyildi, var-dövlət axtarmırdı. Onu sadəcə türkçülük barədə mənasız söhbətlər, yeyib-içmək və rəqs etmək maraqlandırdı”.

Bu sözləri “Yeni Sabah”a Milli Azadlıq Hərəkatının qurucularından olan Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, Nemət Pənahlı yalançı kimi səciyyələndirib: Dördpendirli pizza

“Elçibəy özü üçün bir aləm qurmuşdu. Onu pul, zinət əşyaları, geyim, mənzil, maşın maraqlandırmırdı. O ki qaldı Nemət Pənahlıya, onun şairlik qabiliyyəti var. Savadsızdır, amma yaxşı hafizəsi var. Siz onun yanında nəsə desəniz, yaddaşında saxlayar və sizdən də yaxşı təqdim edər.

Nemət Pənahlının demokratiya haqqında təsəvvürləri yox idi. Onun mütaliə dairəsi çox məhduddur. Çox yalançı adamdır. Xalq onu təxribatçı, yalançı kimi tanıyır. “İkinci Respublikanın sonu” kitabımda əlinə keçən pulları necə mənimsədiyindən bəhs etmişəm”.

Z.Əlizadə vurğulayıb ki, Nemət Pənahlı həmin dövrdə müxtəlif yollarla pul yığırdı:

"20 Yanvar hadisələri ərəfəsində fırıldaq millətçilərin “Milli Müdafiə Şurası” adlı təşkilatı var idi. Guya Kommunist Partiyası ilə əlbir olub erməniləri Dağlıq Qarabağdan qovacaqdılar. Etibar Məmmədov, Nemət Pənahlı, Rəhim Qazıyev və Əbülfəz Əliyev rayonlara zəng deyirdi ki, pul gətirin, sizə silah verəcəyik. Həmin dövrdə kim idi onlara silah satan?! Nemət pul yığmaq üçün ölürdü. Fırıldaqçı və yalançı bir insandır”.

Qeyd edək ki, N.Pənahlının son açıqlamaları ictimai müzakirələrə səbəb olub. O, Meydan hərəkatı dövründə toplanan böyük məbləğin taleyi ilə bağlı sensasion iddialar irəli sürüb. "Azadlıq aşiqi" bildirib ki, guya 10 milyon vəsaiti AXC lideri və mərhum Prezident Əbülfəz Elçibəy mənimsəyib. N.Pənahlının sözlərinə görə, pul toplandıqdan sonra özü həbs olunub, azadlığa çıxdıqda isə pulu saxlayan Rəsul adlı şəxsdən hesabat tələb edib. Sözügedən şəxs hesabat təqdim etməkdən boyun qaçırıb.

Milli Azadlıq Hərəkatının tanınmış bir çox nümayəndəsi və Əbülfəz Elçibəyin silahdaşları N.Pənahlının dediklərini şər-böhtan və qərəzli yanaşma sayırlar.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Qafqazlı
    Bir tanışım vardı Nizami Salmanov Vaxtilə Nemətlə L.Şmidt zavodunda fəhlə işləyirdilə. Və zavodun yataqxanasında qalırdılar. Meydan hərəkatı dövründə yığılan pullar kisəyə doldurulub Rəsula verilirdi. Nizami deyirdi ki, Nemət bir kisə də mənə verdi ki, apar yataqxanaya qoy sonra alacağam. 5 dekabrda hərkəat dağıdıldıqdan sonra Nemət tutuldu. Nizami də deyir ki, pulu yataqxananın otağında otaq yoldaşlarımı çəğırıb bölüşdük. Sonralar Nemət məni hər görəndə pulu soruşurdu. Deyirdi gətir ver mənə. ..
    4 months ago