Nensi Pelosi Ermənistana səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Nensi Pelosi Ermənistana səfər edəcək

Siyasət

15 Sentyabr 2022 22:19 984


ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mətbuatı mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftə sonu ölkəyə dəstək göstərmək üçün Ermənistana səfər edəcək.

Pelosini Palata üzvü Ceki Speyer müşayiət edəcək. Onun Baş nazir Nikol Paşinyan, eləcə də digər hökumət rəsmiləri ilə görüşü gözlənilir. Marqarita pizza

Qarşıdan gələn səfərlə bağlı suala spikerin aparat rəhbərinin müavini Drew Hammill deyib: "Biz təhlükəsizlik protokollarına görə beynəlxalq səyahət məlumatlarını əvvəlcədən təsdiq və ya təkzib etmirik".

Amerika Erməni Assambleyasının həmsədri Entoni Barsamyan Pelosinin səfərinə münasibət bildirib.

"Ermənistan Ukrayna qədər diqqət çəkməyib və bu, beynəlxalq hüququ pozaraq beynəlxalq sərhədi keçən bir ölkənin əsl üzünü göstərəcək", - deyə o çərənləyib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!