Nəqliyyat Agentliyi Samir Şərifovdan alındı

saytların hazırlanması

Evə çatdırılma

Nəqliyyat Agentliyi Samir Şərifovdan alındı

Avto

26 Aprel 2019 17:04 1694


Hazırda fəaliyyəti əhali tərəfindən ciddi narazılıqlarla qarşılanan Bakı Nəqliyyat Agentliyi (BNA) Maliyyə naziri Samir Şərifovun nəzarətindən çıxarılır. 

Buna səbəb sözügedən Agentliyin paytaxtın nəqliyyat xaosuna son verməklə bağlı gözləntiləri doğrultmamasıdır. 

Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşınma ilə bağlı mövcud olan problemlərin aradan qaldırılması məqəsdilə yaradılsa da, ancaq indiyədək bu sektordakı vəziyyət daha da bərbadlaşıb. Hətta, bu sahədə artmaqda olan nöqsanlar Milli Məclisin plenar iclaslarında da ciddi müzakirələrə səbəb olub. pizza sifarişi

Bir sıra millət vəkilləri çıxışlarında Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən narazılıqları dilə gətirirlər. Bütün bu səbəblərə görə də Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində olan nöqsanların birdəfəlik həlli məqsədilə "əl dəyişdirib".

Agentliyin fəaliyyətinə nəzarətin Maliyyə naziri Samir Şərifovun kurasiyasından alınaraq, başqa vəzifəli şəxsə həvalə olunduğu deyilir.

Demokrat.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!