Nəriman ABŞ klubunun düşərgəsinə nə vaxt qoşulacaq?

saytların hazırlanması

Evə çatdırılma

Nəriman ABŞ klubunun düşərgəsinə nə vaxt qoşulacaq?

İdman

09 Fevral 2026 12:58 432


"Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin “Kolambus Kryu”ya (ABŞ)  klubuna keçidi yaxın günlərdə rəsmən açıqlanacaq. 

"Yeni Sabah" qol.az-a istinadla xəbər verir ki, tərəflər arasında  danışıqlarda bütün detallar razılaşdırılıb. İndi yalnız keçidin rəsmən elan edilməsi və müqavilənin imzalanması qalır.

Hazırda futbolçu ABŞ-yə getmək üçün işçi vizasının həlli məsələsi ilə məşğuldur. Bu proses bir neçə gün çəkə bilər.  Dördpendirli pizza

Okeanın o tayında, MLS-də yeni mövsüm fevralın 21-də start götürür. O vaxta qədər Nərimanın yeni komandasının düşərgəsinə qoşulacağı gözlənilir.

ABŞ təmsilçisi bu transferə görə “Qarabağ”a təzminat ödəyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!