Nəriman Axundzadə ABŞ-yə nə vaxt gedir?

saytların hazırlanması

Evə çatdırılma

Nəriman Axundzadə ABŞ-yə nə vaxt gedir?

İdman

26 Fevral 2026 16:08 512


Nəriman Axundzadənin ABŞ-yə yollanması vizadan çox, iş icazəsindən asılıdır.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov deyib.

O, Azərbaycan millisinin hücumçusunun sənədlərinin qaydaya düşməsini gözlədiklərini bildirib: pizza mizza

"Doğrusu, hazırda vizadan çox, Nərimanın iş icazəsinin həllini gözləyirik. Bu işlə də onun çıxış edəcəyi "Kolambus Kryu" komandası məşğul olur. Yaxın günlərdə bu məsələ həllini tapmalıdır. Bu məsələ düzələndən sonra viza tez bir zamanda düzələcək. Viza mövzusu narahatlıq yaratmır".

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!