Nəriman Həsənzadə xəstəxanadan evə buraxılacaq

saytların hazırlanması

Evə çatdırılma

Nəriman Həsənzadə xəstəxanadan evə buraxılacaq

Mədəniyyət

15 Dekabr 2025 11:08 680


Nəriman Həsənzadə bu həftə xəstəxanadan evə buraxılacaq.

Bu barədə məlumatı “Yeni Sabah”a onun köməkçisi Arif Mehmandost verib.

O bildirib ki, Xalq şairinin müalicəsi davam edir: pizza

“Şükür, indi vəziyyəti yaxşıdır. Müalicəsi palata şəraitində davam edir. Ailə üzvləri həkimlə danışıqlar aparır. Nəticə yaxşı olarsa, bu həftə ərzində evə buraxılacaq”.

Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. O, dekabrın 2-də müalicə olunduğu Mərkəzi Klinikada reanimasiya şöbəsində dializə qoşulub. Dekabrın 12-də isə reanimasiyadan palataya köçürülüb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!