Bakıda mağazadan 30 min manatlıq oğurluq edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda mağazadan 30 min manatlıq oğurluq edildi

Kriminal

03 Noyabr 2025 12:34 305


Nərimanov rayonunda mağazaların birindən oğurluq edilib.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Noyabrın 1-də Bakı şəhər sakini polisə müraciət edərək ona məxsus mağazadan 30000 manat dəyərində dam örtüklərinin talanmasını bildirib.  pizza mizza

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədov müəyyən olunaraq saxlanılıb. 

Paytaxtın Sabunçu rayonunda isə bir nəfərə məxsus 2300 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən yeniyetmə də polis tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!