Nərimanovda səki restorana satılıb? - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda səki restorana satılıb? - FOTOLAR

Xalqın səsi

27 Fevral 2025 16:09 10601


“Zeyd” restoranı səkinin əsas hissəsini zəbt edib.

Musavat.com xəbər verir ki, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Zeyd” restoranı piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt edib.

Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur. pizza sifarişi

Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.

Sakinlər bildirir ki, səkini zəbt edən restoran çöldəki fəaliyyətini əsasən isti aylarda bərpa edirmiş. İndi isə əlavə şüşə arakəsmələr gətirilib və restoranın səkidə olan qanunsuz hissəsində əlavə işlər görülür ki, indi də fəaliyyət göstərə bilsinlər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Səddam
    Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsini avtomobil yolu ediblər. Səkidə hərəkət etmək mümkün deyil.
    1 year ago
  • RAHİM
    HƏQİQƏTƏN DƏ AZƏRBAYCANDA XALQA XİDMƏT. EDƏN HÖKUMƏT YOXDUR. HÖKUMƏT YALNIZ SAHİBKARLARA XİDMƏT EDİR..
    1 year ago