Nəsimidə bir telefon zəngi ilə 13 min manat oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Nəsimidə bir telefon zəngi ilə 13 min manat oğurlandı

Kriminal

04 Mart 2026 15:05 403


Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı maddi vəsaitin talandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən ona zəng edərək kartına müdaxilə olunduğunu bildirib. Kart məlumatlarını həmin şəxsə göndərən zərərçəkənin bu yolla 13 min manatı ələ keçirilib.

Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb.  pizza mizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!