Nəsiminin məzarı Hələbdən Azərbaycana köçürülə bilər

saytların hazırlanması

Evə çatdırılma

Nəsiminin məzarı Hələbdən Azərbaycana köçürülə bilər

Mədəniyyət

26 Avqust 2025 11:06 738


Böyük şair və mütəfəkkir İmaddədin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.

Artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib. pizza sifarişi

İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.

Xatırladaq ki, Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci katibi kimi 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Nəsiminin məzarı səliqəyə salınır.

Daha sonra Heydər Əliyev məzarı ziyarət edir.

2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!