Nəsrin Cavadzadənin Bakıda neft zavodu alacaq qədər sərvəti var? -   Araşdırma

saytların hazırlanması

Evə çatdırılma

Nəsrin Cavadzadənin Bakıda neft zavodu alacaq qədər sərvəti var? - Araşdırma

Şou

24 İyun 2026 16:37 457


Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin sərvəti maraq oyadıb.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb aktrisanın bir zarafatyana paylaşımıdır.

O, “Daha 17” serialında oğlunu canlandıran aktyor Ata Yaşatla bağlı bir neçə kəlmə yazıb. pizza hut

Aktrisa Ata Yaşatı himayəsinə götürməsi, soyadını “Cavadzadə”yə dəyişmək istəməsinə eyham vurub və qeyd edib: “Artıq Atanın Bakıda neft emalı zavodları var”.

İncıə yumorla deyilən bu sözləri bəziləri ciddi qəbul edib və sosial mediada yeni bir sualı aktuallaşdırıb: görəsən, Nəsrin Cavadzadənin həqiqətən Bakıda neft emalı zavodu alacaq qədər sərvəti var?

“Yeni Sabah” aktrisanın gəlirini araşdırıb və məlum olub ki, Nəsrin Cavadzadənin gəlirlərinin əsas hissəsini seriallar, reklam müqavilələri və kommersiya əməkdaşlıqlarından qazancı təşkil edir.Ona dair ən çox müzakirə olunan qazanc xəbərlərindən biri 2022-ci ildə yayımlanıb. Həmin vaxt “Üç kuruş” serialında rol alan Cavadzadə məşhur bir şirniyyat markasının reklam siması seçilərək bu əməkdaşlıqdan 1,5 milyon türk lirəsi qazanmışdı.

Aktrisanın yalnız böyük şirkətlərlə reklam müqavilələri bağladığı, bəzi layihələrdən milyonlarla lirə gəlir əldə etdiyi bildirilir. Lakin Nəsrin Cavadzadənin seriallardan hər bölümə görə aldığı qonorar barədə dəqiq məlumat yoxdur. Onun son illərdə "Yasak elma", "Üç kuruş", "Şahane hayatım" və "Sandık kokusu" kimi reytinqli layihələrdə baş rollarda çıxış etməsi Türkiyə televiziya bazarında ən çox tələb görən aktrisalardan biri olduğunu göstərir. Buna görə də ümumi sərvəti bir neçə milyon dollara qədər qiymətləndirilir.

Aktrisanın dəbdəbəli həyat tərzi də zaman-zaman medianın diqqətini çəkib. 2024-cü ildə qolunda təxminən 11 milyon türk lirəsi dəyərində lüks saat olduğu müzakirə olunub. Lakin Cavadzadə sonradan bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib. O zarafatla əlavə edib ki, hətta vergi orqanları əməkdaşları onun qapısını döyüb.

Sosial şəbəkələr N.Cavadzadənin əsas gəlir mənbələrindən biri hesab olunur. Aktrisanın “Instagram” hesabında 3 milyondan çox izləyicisi var. O, tez-tez müxtəlif brendlərlə əməkdaşlıq çərçivəsində reklam xarakterli paylaşımlar edir. Bu auditoriyaya malik məşhurlar sponsorlu paylaşımlardan da ciddi gəlir əldə edə bilirlər.

N.Cavadzadənin lüks otellərdə istirahət etməsi, Bodrum və Göcekdə bahalı kurortlarda görüntülənməsi, dizayner geyimlərdən istifadə etməsi də sərvətinə sərvət qatdığına işarə kimi yozulub.

Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda anadan olub. O, uşaqlıq illərində ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Aktrisa Marmara Universitetinin Kino və Televiziya fakültəsini bitirib. Nəsrin Cavadzadə Türkiyə kino sənayesində uğur qazanan ən məşhur azərbaycanlı aktrisalardan biri hesab olunur.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!