İsrailin baş naziri Benyamin Netanyahu atəşkəs və girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı razılığın əldə olunmasına ciddi yanaşmır.
Yenisabah.az Əl-Cəzirə-yə istinadla xəbər verir ki, bunu HƏMAS rəhbərinin müavini Xəlil əl-Həyya deyib.
“Netanyahu bölgədə sakitliyi bərpa etmək üçün təcavüzə son qoyacaq, Fələstin xalqına yardım göstərəcək və Qəzzanın 4 aydan artıqdır davam edən işğalına son verəcək razılaşma əldə etmək məsələsində ciddi deyil”, - deyə o qeyd edib. pizza
Əl-Hayya əlavə edib ki, Netanyahu yalnız öz kürsüsünü qorumaq naminə mübarizəni davam etdirmək istəyindədir: "İsrail baş naziri müharibənin nəticələrindən qorxur”.
Telegram kanalımız