Netanyahu Ərdoğana zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu Ərdoğana zəng etdi

Siyasət

17 Noyabr 2022 19:30 827


İsraildə yeni hökuməti qurmaq tapşırığı alan “Likud” partiyasının lideri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulda baş verən terror aktına görə başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, telefonla baş tutan danışıqlar zamanı Benyamin Netanyahu Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik səylərinin dünya üçün əhəmiyyətli olduğunu da bəyan edib. Toyuqlu pizza

Prezident Ərdoğan isə başsağlığına görə Benyamin Netanyahuya təşəkkür edib, həmçinin iki gün əvvəl İordan çayının qərb sahilində baş verən hadisədən kədərləndiklərini dilə gətirib. Türkiyə lideri, bundan başqa, İsraildəki seçki nəticələrinin ölkə və region üçün xeyirli olmasını arzulayıb.

Söhbət zamanı R.T.Ərdoğan hər iki tərəfin güclü iradəsi sayəsində Türkiyə-İsrail əlaqələrinin yeni bir dövrə qədəm qoyduğunu, münasibətləri qarşılıqlı maraqlar əsasında həssaslıqlara hörmətlə yanaşaraq davam etdirilməsinin və davamlı əsasda güclənməsinin ortaq mənafedə olduğunu bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!