Netanyahu Hillari Klintonu nəyə razı salmağa çalışıb? -   Sirlər açıldı

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu Hillari Klintonu nəyə razı salmağa çalışıb? - Sirlər açıldı

Dünya

14 Aprel 2026 15:36 264


“İsrailin Baş naziri Benyamin Netanyahu uzun illər ərzində ABŞ prezidentlərini İranla sonu görünməyən müharibəyə razı salmağa çalışıb”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Birləşmiş Ştatların keçmiş dövlət katibi Hillari Klinton MS NOW kanalına telefon bağlantısı zamanı səsləndirib.

O qeyd edib ki, bu məsələ ilə bağlı B.Netanyahu və onun hərbi kabineti ilə dəfələrlə, saatlarla davam edən geniş müzakirələr aparıb. Marqarita pizza

Keçmiş dövlət katibinin sözlərinə görə, İsrail tərəfi İranla bağlı konkret nəticəsi və ya aydın son məqsədi olmayan addımlar atmağa çalışıb. Lakin o, belə qeyri-müəyyən və nəticəsi əvvəlcədən müəyyən edilməmiş planları dəstəkləməkdən imtina etdiyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!