“Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində İsrail anklavı daimi olaraq işğal etmək və ya yerli Fələstin əhalisini köçürmək niyyətində deyil. Hərbi əməliyyatlar yalnız HƏMAS hərəkatını məhv etmək üçün həyata keçirilir”.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu bildirib.
“Biz bunu beynəlxalq hüquqa tam uyğun olaraq edirik”, – deyə Netanyahu əmin edib. Toyuqlu pizza
Onun sözlərinə görə, İsrail ordusu mülki itkiləri minimuma endirmək üçün hər şeyi edir:
“Məqsədə nail olduqdan sonra Qəzza demilitarizasiya və de-radikalizasiya oluna bilər, bununla da həm İsrail, həm də fələstinlilər üçün daha yaxşı gələcək imkanı yarada bilər”.
Telegram kanalımız