Bu gün Cavanşir Məmmədovun vəfatından 2 il ötür.
“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist nəvəsi Rəfiqə sosial şəbəkə hesabında onun xatirəsini anıb.
O, babası ilə birgə çəkilmiş arxiv görüntülərini paylaşaraq duyğulu sözlər yazıb. pizza mizza
Rəfiqə paylaşımında Cavanşir Məmmədovu həm ailələri üçün əziz bir insan, həm də sevilən sənətkar kimi xatırladığını bildirib. O, mərhum ifaçının xatirəsinin hər zaman yaşayacağını vurğulayıb, onun üçün edilən duaların qiymətli olduğunu qeyd edib.
Paylaşım izləyicilər arasında da kövrək anlar yaşadıb.
Xatırladaq ki, Cavanşir Məmmədov 2024-cü ildə qəfil ürəktutmasından vəfat edib.
Əsmətxanım
Telegram kanalımız