“Neyləyəsən Bostanıq...” - Xalq şairi AYB-nin 85 illiyinə şeir həsr etdi

saytların hazırlanması

Evə çatdırılma

“Neyləyəsən Bostanıq...” - Xalq şairi AYB-nin 85 illiyinə şeir həsr etdi

Mədəniyyət

19 Dekabr 2019 08:52 1313


Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq şairi Fikrət Qoca AYB-nin 85 illiyinə şeir həsr edib.

“Yeni Sabah” həmin şeiri təqdim edir:

Yazıçılar Birliyim, pizza

Doğma odum-ocağım.

Əliylə döyüldüyüm,

Sürdülər, sürgündə oldum.

Qələm olub sındığım,

Yenə, yenə, yenə də

Qoynuna sığındığım,

Doğma ana qucağım...

Hamımız övladınıq.

Bir qığılcım - odunuq

Sənin sözün - adınıq.

Qəhrəmanıq, Şəhidik,

Döyüşçünük, Qazinik!

Sözünük, Avazınıq.

Biz Çətinik, Asanıq,

Hərə bir cür - İnsanıq.

Neyləyəsən Bostanıq...

Hərəmiz bir misrayıq,

Birlikdə bir dastanıq.

Əziz anam Birliyim,

Kim nə deyirsə desin;

Sən öz dirliyini ək!

Yüzilliklər görəsən!

Səksən beşin mübarək!

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!