Neymar 10 həftə müddətinə sıradan çıxıb

saytların hazırlanması

Evə çatdırılma

Neymar 10 həftə müddətinə sıradan çıxıb

İdman

30 Yanvar 2019 21:10 949


Fransa PSJ-sinin futbolçusu Neymar 10 həftə müddətinə yaşıl meydanlardan kənarda qalacaq. 

Bu barədə klubun braziliyalı hücumçunun zədəsi barədə yaydığı hesabatda bildirilir. Rəsmi açıqlamada vurğulanır ki, həkimlərlə məsləhətləşmələrdən sonra əməliyyatın olunmamasına və konservativ müalicə ilə kifayətlənməyə dair qərar qəbul edilib. Neymarın dönüşünün 2,5 aydan sonra gerçəkləşəcəyi diqqətə çatdırılıb. Futbolçunun özünün də tövsiyələrlə tanış olduğu və seçilmiş bərpa üsuluna razılıq verdiyi bəyan edilib. 

Qeyd edək ki, Neymar Fransa Kubokunda "Strasburq"la görüş zamanı xəsarət alıb. "Sambaçı"ya sağ ayaq sümüyünün sınığı diaqnozu qoyulub. O, belə bir zədəni ötən mövsüm də alıb və 3 aydan çox oynamayıb. 27 yaşlı forvard PSJ-yə İngiltərənin "Mançester Yunayted" klubu ilə Çempionlar Liqasının 1/8 final oyunlarında kömək edəcə bilməyəcək.  pizza sifarişi

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!