“... Neymar “Real“a keçəcək“ -   Klub prezidenti

saytların hazırlanması

Evə çatdırılma

“... Neymar “Real“a keçəcək“ - Klub prezidenti

İdman

12 May 2019 16:32 1455


Braziliyanın "Santos" klubunun prezidenti Xose Karlos Peres sabiq oyunçuları Neymarın gələcəyi haqda danışıb.

"Yeni Sabah"ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, o, 27 yaşlı futbolçunu "Real"da görmək istədiyini bildirib:

"Ümid edirəm ki, Neymar "Real"a keçəcək. Bu, onun üçün ən yaxşı yerdir. "Barselona"nı tərk etməsi doğru addım deyildi. Həmin vaxt o, oyunçu kimi inkişaf edirdi. Klub dəyişikliyindən sonra isə uğur qazana bilmədi. Mən "Real" azarkeşiyəm. Bu klubda hər şey idealdır. Əgər Neymar "Real"ın formasını geyinmək şansı qazansa, iki dəfə düşünməməlidir". Sezar pizza

Qeyd edək ki, 2 il öncə "Barselona"dan 222 milyon avro qarşılığında PSJ-yə keçən Neymar "Santos"un yetirməsidir. O, 2009-2013-cü illərdə ölkəsinin əsas komandasında çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!