Xalq artisti Nəzakət Teymurovanın səhhəti yaxşılaşıb.
Bu haqda Yenisabah.az-a sənətçinin qızı Nigar məlumat verib. O, N.Teymurovanın modul tipli xəstəxanadan evə buraxıldığını deyib:
"Anam artıq evə gəlib. Səhhəti yaxşıdır, şükür ki, əvvəlki qaydasındadı hər şey. Xəstəxanadan çıxmamışdan əvvəl yenidən koronavirus testi verdi, bu dəfə neqativ çıxdı, artıq bədənində virus yoxdur". Toyuqlu pizza
Qeyd edək ki, xanım sənətçi iyul ayının 12-i virusa koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilmişdi.
Telegram kanalımız