Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim saxlanıldı

Sosial

21 Yanvar 2025 17:45 279


Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı onu əməliyyat edən lor cərrah saxlanılıb.

Yenisabah.az xəbər verir ki, cərrah Sənan Mehdiyev başlanan cinayət işi üzrə şübhəli kimi saxlanılıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir. Pepperoni pizza

Yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!