Nigar Camalla Aygün Bəylər şəhidlər üçün bir araya gəldi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Nigar Camalla Aygün Bəylər şəhidlər üçün bir araya gəldi - Video

Mədəniyyət

20 Yanvar 2021 13:25 1335


“Eurovision 2011" qalibimiz  Nigar Camal və Əməkdar artist Aygün Bəylər yenidən bir araya gəliblər.

Yenisabah.az xəbər verir ki, artıq ikinci dəfədir duet oxuyan sənətçilər bu dəfə şəhidlər üçün bir araya gəliblər.

Onların ifa etdiyi "Şəhidlər" adlı mahnının  musiqisi İsmayıl Əsədov, sözləri Zəminə Xınalıya məxsusdur. Klipdə Vətən müharibəsinin və şəhidlərimizin görüntüləri yer alıb. Toyuqlu pizza

Nigar Camal sosial şəbəkə hesabında duet barədə təəssüratlarını bölüşüb:

"Vətən müharibəsi zamanı hər kəs xalqa, vətənə faydalı olmağa çalışdı. Biz sənətçilər isə sənətimizlə dərdinizə şərik olmaq istədik. Əməkdar artist, sevimli sənətkar Aygün Bəylərlə növbəti duetimizi Vətən üçün canından keçən igidlərimizə həsr etdik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!