Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu - Video

saytların hazırlanması

Evə çatdırılma

Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu - Video

Mədəniyyət

13 Sentyabr 2020 15:14 1407


Ukraynada keçirilən "Qolos Ukrainı" müsabiqəsininin keçmiş iki iştirakçısı – azərbaycanlı ifaçı Vaqif Nağıyev və Odessada yaşayan nigeriyalı Anyanya Udonqvo Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i duet ifa ediblər.

Yenisabah.az xəbər verir ki, V.Nağıyev bu mahnını çoxdan ifa etmək istəyirdi, lakin cəsarət etmirdi. “Duet oxumaq təklifimi qəbul etdiyi üçün dostum Anyanya Udonqvoya təşəkkür edirəm. Mənim fikrimcə, hələ heç kim bu mahnını onun kimi gözəl oxumayıb”, - deyə azərbaycanlı ifaçı sosial şəbəkə hesabında yazıb.

Duetdə A.Udonqvo “Sarı gəlin” mahnısını Azərbaycan və ingilis dillərində ifa edib. pizza mizza

Ekran işində rəqqasə Oksana Rəsulova da yer alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!