Nikaha daxil olmaq istəyən 400-dən çox şəxsdə təhlükəli xəstəlik aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Nikaha daxil olmaq istəyən 400-dən çox şəxsdə təhlükəli xəstəlik aşkarlandı

Sağlamlıq

09 Yanvar 2020 07:16 1075


2019-cu il ərzində nikaha daxil olmaq istəyən 135551 nəfər müayinədən keçib.

"Yeni Sabah" bildirir ki, bunu “Report”a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Direktorun sözlərinə görə, onlardan 3658 nəfərdə talassemiya daşıyıcılığı, 297 nəfərdə sifilis, 135 şəxsdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 46 olub. Təkcə dekabr ayı ərzində isə 9149 nəfərin müayinəsi aparılıb. Müayinədən keçən 265 nəfərdə talassemiya daşıyıcılığı, sifilis və QİÇS isə aşkarlanmayıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub". Pepperoni pizza

Z.Əlimirəzyeva qeyd edib ki, 2015-ci ildən indiyədək 635364 nəfərdə qan müayinəsi aparılıb: “21893 cütlükdən birində talassemiya daşıyıcılığı, 235 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2025 nəfərdə sifilis, 590 nəfərdə HİV(QİÇS) qeydə alınıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!