Nikol Paşinyanı necə aradan götürmək olar?” - Ritorik sual

saytların hazırlanması

Evə çatdırılma

Nikol Paşinyanı necə aradan götürmək olar?” - Ritorik sual

Rəsmi

26 Aprel 2023 14:36 937


“Nikol Paşinyanı aradan götürmək üçün üsyançı hərəkat, böyük ictimai təzyiq, amma, ilk növbədə, məntiqlə anlamağa çalışmaq lazımdır ki, bu gün Nikol Paşinyanı hansı üsullarla aradan götürmək olar”.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin müxalif deputatı Armenuhi Kyureqyan deyib.

O bildirib: “Nikol Paşinyanı aradan götürməyin üç yolu var: ya o istefa verir, – bu, böyük ehtimalla istisna oluna bilər, ya Milli Məclis ona etimad göstərməməlidir, biz bunu istisna edirik, ya da geniş ictimai təzyiq nəticəsində o hakimiyyətdən gedir. Onsuz da bu, iki dəfə alınmadı, amma bu, heç də o demək deyil ki, həmin yoldan tamamilə imtina edəcəyik. pizza

İki dəfə alınmadı, üçüncü dəfə cəhd edəcəyik, işə yarayana qədər çalışacağıq ki, Paşinyan hakimiyyətdən uzaqlaşsın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!