Nikol Paşinyanın ailəsi üçün dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb - Erməni KİV

Nikol Paşinyanın ailəsi üçün dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb - Erməni KİV

Siyasət

06 Dekabr 2022 19:30 1197


Ermənistanın baş naziri Nikol Paşinyan üçün dövlət büdcəsindən dəyəri 500 min dollardan çox olan beş yeni yolsuzluq avtomobili alınıb.

Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır. “Maşınlar Milli Təhlükəsizlik Xidmətinin məxfi qərarı ilə alınaraq, Paşinyana və ailəsinə xidmət etmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə verilməsi barədə məlumat dərc olunmayıb.

Baş nazir üçün hər birinin qiyməti təxminən 100.000 dollar olan 4 ədəd "Toyota Land Cruiser 300" alınıb. Beşincisi, qiyməti 130-150 min dollar olan dizel mühərrikli lüks yolsuzluq avtomobili Lexus "LX500"-dür. “Lexus LX” Paşinyanın arvadına əməliyyat nömrələri ilə xidmət göstərəcək. Baş nazirin xanımına hazırda başqa bir lüks yolsuzluq avtomobili Lexus GX460 da xidmət göstərir. MTX-in mətbuat xidməti bu məlumatı nə təsdiq, nə də təkzib edib. Xatırladaq ki, təxminən bir il əvvəl Paşinyan üçün daha iki yeni avtomobil alınıb: təxminən 250 min dollar dəyərində zirehli yolsuzluq avtomobili “Lexus LX570” və “Toyota Hiace”,” qəzet qeyd edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!