Nikol Putinə Ərdoğana görə yalvarıb   - ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Nikol Putinə Ərdoğana görə yalvarıb - ŞOK İDDİA

Siyasət

08 İyul 2022 20:06 2328


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə icazə verilməsini xahiş edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

Nəşrin iddiasına görə, söhbət erməni tərəfinin təşəbbüsü ilə baş tutub və Kremldən gələn məlumatlara əsasən, Paşinyan Putinə yalnız hesabat vermək üçün zəng edib. pizza mizza

"O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində atılan addımlar və əldə olunan razılaşmalar barədə məlumat verib. Qeyd edilir ki, Paşinyan Putindən Ərdoğanla görüşmək üçün bir neçə dəfə icazə istəyib”, - erməni qəzeti bildirib.

Qeyd edək ki, Putinlə Paşinyan arasında son telefon danışığı 6 iyulda baş tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!