“Nikolun Əliyevlə görüşmək cəsarəti... ” - Kuznetsovdan maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Nikolun Əliyevlə görüşmək cəsarəti... ” - Kuznetsovdan maraqlı açıqlama

Siyasət

14 Dekabr 2021 20:39 2105


Brüssel görüşündən Qarabağ məsələsinin həllinə dair Azərbaycanın siyasəti üçün prinsipial olaraq yeni və müsbət heç nə gözləmirəm.

Yenisabah.az xəbər verir ki, bunu rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov deyib.

“Rəsmi dəvət edən tərəfin NATO, daha doğrusu, “Şərq Tərəfdaşlığı” proqramının olduğunu xatırlamaq kifayətdir. Tamamilə aydındır ki, orada Prezident Əliyevdən Ukrayna məsələsində daha sərt antirusiya siyasəti istəniləcək. Bu tədbir elə məhz buna görə də təşkil olunub. Dördpendirli pizza

Bununla yanaşı, bu yaxınlarda Ermənistan Azərbaycanın iştirak etmədiyi Demokratiya Sammitinə qatılmışdı. Bu səbəbdən tədbirin təşkilatçılarının Azərbaycan tərəfinə münasibəti qeyri-konstruktiv ola bilər, indi “demokratik dünya” liderlərinin adəti belədir.

Hesab edirəm ki, Paşinyan Əliyevlə dekabrın 15-də görüşməyə hazır olduğunu bəyan edərkən, bu cəsarəti öz Qərb havadarları ilə məsləhətləşdikdən sonra alıb. Ona görə də məndə belə bir fikir formalaşıb ki, Əliyev müharibədən sonrakı Qarabağ münaqişəsinin nizamlanması mövzusunda kollektiv Qərbin mövqeyini dinləmək üçün bu görüşə dəvət edilib”, - deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə görə, Brüsseldə dəyişmiş geosiyasi vəziyyətin fəsadları ilə üz-üzə gəlinəcək:

“Ona görə də mən Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Brüssel görüşündən nəinki Qarabağa dair danışıqlarda irəliləyiş, ümumiyyətlə, konstruktiv dialoq gözləmirəm. İrəvanın Qərbi Avropa və Şimali Amerika havadarları buna imkan verməyəcək.

Əliyevin bu vəziyyətdən müsbət çıxması üçün ona qüruru, intellekti və cəsarəti kifayətdir”./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!