“Nisə Qasımova küsəyəndir, çox şikayətlənir“

saytların hazırlanması

Evə çatdırılma

“Nisə Qasımova küsəyəndir, çox şikayətlənir“

Şou

23 May 2023 21:46 1444


"Nisə Qasımova tez-tez pessimistliyə qapılır. Küsəyəndir, çox şikayətlənir. Nərgiz Cəlilova ona bir dəfə dedi ki, siz gedirsiniz, yerinizi kimlərsə doldurur. Düzgün deyil. Buna imkan verməməlisiniz. Bağa baxırsan çiçəklənir. Diqqətdən kənar qalanda da alaqlar kök salır. Ruhdan düşmək lazım deyil. Hər ifaçının öz dinləyicisi var". 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov aparıcısı olduğu "Danışır musiqi" proqramında deyib. Müğənni Xalq artisti Nisə Qasımovanın tez-tez yaradıcılığına fasilə verməsindən danışır. 

R.İlyasov Azərbaycan şou-biznesi ilə Türkiyə maqazin aləmini müqayisə edib: Dördpendirli pizza

"Türkiyədə şou-biznes bizdən çox inkişaf edib. Düzdür, klassik musiqidə bizim üstünlüklərimiz var. Orada hər növ ifaçının konserti olur. Pop, rok, gənc nəsil... Hamısı da coşqu ilə keçir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!