Nissan elan edib ki, İngiltərənin Sunderland şəhərindəki zavodda bundan əvvəl planlaşdırılan yeni Nissan X-Trail avtomobillərinin istehsalı Yaponiyaya köçürülür.
İşçilərə ünvanlanmış məktubunda Nissan bildirib ki, Brexit prosesində yaranmış qeyri-müəyyənlik şirkətə "gələcək planlarını qurmağa" kömək etmir.
2016-cı ildə şirkət bildirmişdi ki, İngiltərədə yeni avtomobilin istehsalına hökümətdən "təminat" aldıqdan sonra başlanacaq. pizza hut
Həmkarlar ittifaqı bu xəbərin "məyusedici" olduğunu qeyd edərək "narahatlıq" bildirib.
Nissan şirkəti İngiltərənin Sunderland şəhərində 1986-ci ildən bəri avtomobillərini istehsal edir və bu istehsalda 7,000-dək adam işləyir.
Nissan bildirib ki, "Avropada investisiyalarını optimallaşdırmaq məqsədilə" X-Trail avtomobillərinin istehsalını Yaponiyanın Kyushu şəhərinə keçirmək qərarına gəlib.
Şirkətin Avropadakı nümayəndəliyinin rəhbəri Gianluca de Ficchy deyib ki, bu addım "biznes səbəblərinə görə atılıb və Britaniyada Avropa İttifaqı ilə gələcək münasibətlərə dair davam edən qeyri-müəyyənlik" şirkətin gələcək planlarına kömək etmir.
Bu arada, Jaguar, Land Rover, Toyota və Vauxhall kimi avtomobil şirkətləri müqaviləsiz Brexit olacağı halda onların Britaniyada təchizat zəncirinin pozulacağından narahatlıq bildiriblər.
Britaniyanın Unite həmkarlar ittifaqının avtomobil sənayesi şəbəsinin rəsmisi Steve Bush Nİssan şirkətinin niyyətini "Sunderland və ölkənin Şimal-Şərq regionu üçün narahatedici xəbər" adlandırıb.
O əlavə edib ki, həmkarlar ittifaqı "bu regiona investisyaların azalacağı və əlavə iş yerlərinin itiriləcəyindən ciddi narahatdır".
Sunderland zavodunda hazırda Avropada ən yaxşı satılan Qashqai modeli istehsal olunur.
İngiltərədə belə bir narahatlıq var ki, qismən Fransanın Renault şirkətinə məxsus olan Nissan post-Brexit dövründə Avropa İttifaqının rüsumlarına məruz qalmamaq oradakı istehsalını Avropaya köçürə bilər.
BBC Azərbaycan
Telegram kanalımız