Niyə bu qədər stresli oluruq?

saytların hazırlanması

Evə çatdırılma

Niyə bu qədər stresli oluruq?

Sağlamlıq

26 Yanvar 2019 20:48 1193


Son zamanlar gənclər arasında təzyiq xəstəlikləri çox geniş yayılıb. Təzyiqin qəfil qalxması və beyinə qan sızması nəticəsində dünyasını dəyişən cavanların sayı da gündən-günə artır. 

Həkimlərin bildirdiklərinə görə, insanın qan təzyiqinin yüksək olması hələ onun hipertoniya xəstəsi olması demək deyil.  Bu xəstəliyin meydana çıxması üçün bir sıra amillərin olması şərtdir. Onlardan biri də stress amilidir. 

Nevropatoloq Samirə Məmmədova stressin və gərginliyin təzyiqin qalxmasındakı rolundan danışıb. O, bildirib ki, təzyiqin yüksəlməsi təkcə nevroloji problemlərdən asılı deyil. “Bu zaman anadangəlmə damar patologiyaları, ürək qüsurları, böyrəküstü vəzin funksiyasının çatışmazlığı və çox nadir hallarda stress böyük rol oynayır. Stress səbəbindən qalxan təzyiq stress amili aradan götürülən kimi normaya düşür. İnsanın hipertoniya xəstəliyinə düçar olması üçün onun davamlı olaraq stressə məruz qalmasından əlavə mütləq sadalanan amillər də olmalıdır. Bundan əlavə yetkinlik yaşında bu xəstəliyin meydana çıxmasının səbəbi yalnız stress ola bilməz. Bu amil daha çox 40 yaşdan yuxarı insanlarda daim gərgin vəziyyətdə işləyən insanlarda hipertoniya xəstəliyini yarada bilər.  Marqarita pizza

Cavan yaşlarında hipertoniya xəstəliyinin səbəbi endokrin sistemdə olan problemlər, damarlarda olan anevrizmalar, ürək fəaliyyətinə qədər bir sıra müayinələr, bir sözlə, xəstənin üzərində tam araşdırma aparılmalıdır. Uşaqlar kiçik yaşlarından zorakılığa, gərginliyə məruz qaldıqda artıq yetkinlik yaşlarından onlarda hipertoniya xəstəliyi meydana çıxa bilər. Bu zaman damar tonusunun tarazlığı pozulur, yəni orqanizm özünü kompanesasiya edə bilmir. Stress hormonu çox ifraz olunduğu üçün damarlar daimi olaraq spazm vəziyyətində qalır. Bu isə həmin insanda gələcəkdə hipertoniya problemi yarada bilər. 

Amma bir hipertoniya xəstəsinin yalnız stress səbəbindən bu xəstəliyə düçar olduğunu söyləmək mümkün deyil. Belə xəstələrdə stressdən əvvəl digər amillər araşdırılmalı və aradan qaldırılmalıdır”.

Medicina.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!