“Niyə fahişəxanalar yox, məhz məscidlər?” - İlahiyyatçıdan Yeni Zelandiyadakı terrora reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Niyə fahişəxanalar yox, məhz məscidlər?” - İlahiyyatçıdan Yeni Zelandiyadakı terrora reaksiya

Din

15 Mart 2019 21:32 1742


“Müsəlmanları terrorçu adlandıran vəhşilər Yeni Zelandiyada əvvəlcədən hazırladıqları qətli həyata keçirdilər. Həmin şəxsin üzərinə isə video qeydedici qoyub yaydılar ki, baxın biz müsəlmanları belə qətl edirik. Bu cür vəhşi düşüncə tərzinə sahib insanları vəhşiləşdirən onların düşüncə darlığıdır, onların qəddarlığıdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu  ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bunu müsəlmanları terrorçu adlandıranlar edirlər ki, radikal, terrorist qruplaşmaları, fanatizm daşıyıcılarını əks həmləyə yönləndirsinlər:

“Ancaq o kafirlər istəməsə də Allah hər zaman müsəlmanları qələbə sahibi edəcək. Belə terrorlar peyğəmbərlərə, onların ardıcıllarına, imamlara qarşı da edildi. Ancaq müsəlman, islam yayıldı və yayılmağa davam edəcək.  Dominos pizza

Ölkəmizdə humanizm, tolerantlıq, multikulturalizm ənənələri davam etdirilməlidir və bu cür hadisələrə qarşı müsəlmanlar ən böyük silah olan dua ilə cavab verməlidirlər. Allah-təala müsəlmanları hər zaman hər iki dünyada ucaldıb və yenə də əsrlər keçdikcə ucaldacaq. Bu cür təzyiqlər, qətllər, vəhşiliklər bütün bəşəriyyət tərəfindən pislənib lənətlənəcək”.

İlahiyyatçı ardınca vurğulayıb ki, terror törədənlər bunu dinə görə ediblər: “Niyə məscidlər, niyə fahişəxanalar, başqa yerlər yox?”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!