Nobel mükafatının məbləği artırılır

saytların hazırlanması

Evə çatdırılma

Nobel mükafatının məbləği artırılır

Maraqlı

24 Sentyabr 2020 16:12 1152


2020-ci ildə Nobel mükafatlarının hər birinin məbləğinin 10 milyon İsveç kronuna (1 883 000 AZN) qədər artırılacağı bildirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə “RİA Novosti” Nobel Fondunun açıqlamasına istinadla xəbər yayır.

Qeyd olunur ki, 2012-ci ildən bəri fondun investisiya kapitalı 3 milyard krondan (564 900 000 AZN) 4,6 milyard krona (866 180 000 AZN) qədər artıb və bununla əlaqədar ildə beş Nobel mükafatının ödənildiyi gəlir də çoxalıb. pizza mizza

Nobel mükafatı 2011-ci ilə qədər 10 milyon kron olub. Fondun gəlirindəki azalma səbəbiylə mükafatın məbləği həmin ildən 8 milyon krona (1 506 400 AZN) endirilib.

2017-ci ildə mükafatlar 9 milyon krona (1 694 700 AZN) qaldırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!