Nömrə biznesini idarə edən şəxsə yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Nömrə biznesini idarə edən şəxsə yeni vəzifə verildi

Avto

08 Yanvar 2020 08:51 18230


Bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsindən azad edilən Müşfiq Rəhimova yeni vəzifə verilib.

“Yeni Sabah” xəbər verir ki, “Qafqazinfo”nun bu haqda yaydığı məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə M. Rəhimov BDYPİ-nin “Siqnal” idarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini olan, polkovnik Müşfiq Rəhimov öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.  pizza

Onun rəhbərlik etdiyi idarə yol polisində ən çox narazılıq olan qurumlardan biri idi. Vəzifədən azad olunduğu vaxta qədər M. Rəhimov haqda mediada onlarla neqativ xəbərlər yayılıb. Sözügedən polkovnik yol polisində nömrə və sürücülük vəsiqəsi biznesini idarə edən şəxs hesab olunurdu. Onun bu “biznes” hesabına böyük var-dövlətə sahib olduğu da iddia edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!