Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Ukrayna-Rusiya müharibəsi və bu müharibədə Avropa dövlət başçılarının tutduqları mövqe ilə bağlı Ukraynanın “Obozrevatel.com” saytına müsahibə verib.
O, verdiyi müsahibədə: “7 oktyabra kimi, Putinin 70 illik yubileyində işğal olunmuş ərazilər hüdudunda qələbə elan edilməsi planlaşdırılır. Diktatorlar yubileyləri çox sevirlər” ifadələrindən istifadə edib.
Rusiyanın 7 oktyabrda qələbəni tam elan etməsi hazırda real görünürmü? pizza hut
Yenisabah.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Ukrayna müharibəsi ilə bağlı çoxlu fikirlər, ssenarilər və mülahizələr var:
“Mümkündür ki, Putinin 70 illik yubileyinə həsr olunmuş qələbə bayramı həmin ərazilərdə keçirilsin. Ancaq bütün bunlar müharibənin gedişindən aslı olan məsələlərdir.
Müharibənin gedişi isə onu göstərir ki, hazırda Rusiya tərəfindən hansı şəhərlərdə bayram keçiriləcəyi bəlli deyil.
Böyük ehtimalla bu mərasim Donbas ərazisində keçiriləcək. Lakin həmin ərazi üçün başqa məqsədlər güdülürdü.
Hər halda bu gün biz dünyanın bölünməsi hadisəsinin növbəti dəfə şahidi oluruq.
Ukraynada baş verən hadisələr sözsüz ki, Avrasiyanın da orta xəttində ciddi dəyişikliklər etməkdədir”.
Nəsimi Ələsgərli
Telegram kanalımız