“Növbəti Əliyev-Paşinyan görüşünə ümid edirik“ - Blinken

“Növbəti Əliyev-Paşinyan görüşünə ümid edirik“ - Blinken

Siyasət Veb saytların hazırlanması

23 Mart 2023 10:31 691


Azərbaycan və Ermənistan tezliklə sülh razılaşmalarına nail ola bilərlər.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin dinləmələri zamanı dövlət katibi Entoni Blinken bildirib.

O deyib: “Düşünürəm ki, əlverişli imkan var, onu böyütmək istəmirəm, lakin bu, sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən əlverişli imkandır”.

Dövlət Departamentinin rəhbəri əlavə edib: “Mən Münxendə Baş nazir Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə təhlükəsizlik məsələləri üzrə konfransda görüşdüm. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bu yaxınlarda Vaşinqtonda idilər. Mən onların qayıdacağını gözləyirəm. Biz müqavilənin mətni üzərində işlədik”.

E. Blinkenin sözlərinə görə, o, Azərbaycan və Ermənistan arasında nizamlanma məsələsi ilə fəal məşğul olur, Bakı ilə İrəvan arasında münasibətləri tənzimləyən sülh sazişinin əldə edilməsini dəstəkləyir:

“Bu məsələni Ermənistanın üzərinə qoymuruq. Ermənistanın 30 ildən artıqdır davam edən münaqişəyə ən azı bir çox cəhətdən son qoyacaq razılaşmanın əldə olunmasına kömək edə biləcəyimizi ifadə edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!