Növbəti köç karvanı Laçın şəhərinə çatıb, mənzillərin açarları təqdim edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, mənzillərin açarları təqdim edildi - Fotolar

Sosial

30 Yanvar 2024 19:33 554


Yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 72 nəfər köçürülüb. pizza hut

Bununla da Laçın şəhərində 431 ailənin, yəni 1 627 nəfərin daimi məskunlaşması təmin edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!