Növbəti üçtərəfli görüşlər:   “Rusiya 200 illik dominant rolunu qorumağa çalışır“

saytların hazırlanması

Evə çatdırılma

Növbəti üçtərəfli görüşlər: “Rusiya 200 illik dominant rolunu qorumağa çalışır“

Siyasət

17 Avqust 2022 14:14 1436


“Mayın 22-də keçirilən görüşdən sonra müəyyən addımlar atılıb. O cümlədən XİN rəhbərləri Tbilisidə görüşdülər. Bundan başqa, komissiyalar müəyyən kontaktda oldular, amma ondan sonra ciddi irəliləyişlər baş vermədi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O, növbəti aylarda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan üçtərəfli Moskva və Brüssel görüşlərindən danışıb: Dominos pizza

“Avqustun 3-də Qarabağda yerləşən qanunsuz erməni silahlı birləşmələri təxribat ötərdib Azərbaycan hərbçisinin şəhid etdilər və bunun da qarşılığında Azərbaycanın özünün “Qisas” adlanan antiterror əməliyyatını keçirdi və xeyli sayda terrorçu məhv edildi. O cümlədən bəzi strateji yüksəkliklər də ordumuzun nəzarətinə keçdi”.

Siyasi şərhçi hesab edir ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunacaq konkret məsələlər var:

“Bunlar da üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi ilə bağlıdır. Hansısa bir fərqli məqamın olacağını düşünmürəm.

Sözsüz ki, bu məsələlərdə Rusiya və Avropa İttifaqının baxışlarda  müəyyən fərqlər var. Amma ümumən son dövrdə hər iki tərəfdən səslənən fikirlər və üçtərəfli anlaşmanın şərtlərinin yetirilməsi kimi məsələləri əhatə edir.

Əlbəttə, hər bir tərəfin bölgədə maraqları var və böyük ölçüdə bölgəyə baxışda maraqlar fərqlənir. Rusiya 200 illik dominant rolunu qorumağa çalışır. O cümlədən Azərbaycan və Ermənistan arasındakı münaqişədə arbitr rolunu. Eləcə də sülhməramlı qüvvələrinin bölgədə daha uzun müddətə qalmasını təmin etmək istəyir.

Ümumiyyətlə, Rusiyaya müəyyən qədər nəzarət olunan gərginlik lazımdır ki, bölgədə öz nüfuzunu saxlasın”.

O. Qasımov vurğuayıb ki, Aİ-nin məsələyə baxışlarında xeyli dəyişik var:

"Son dövrə qədər isə bizi qane etməyən məqamlar çox idi və onların bəziləri indi də qalmaqdadır. Lakin müsbət məqam budur ki, avropalılar tərəflərin birbaşa təmaslarına maraqlı olduqlarını nümayiş etdirdilər.

Hər iki tərəf kənar təsirlər olmasa, birbaşa təmasların nəticəsində daha çox məsələnin həllinə nail ola bilər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!