Növbəti “Video icmal“ - Yeni islahatlar

saytların hazırlanması

Evə çatdırılma

Növbəti “Video icmal“ - Yeni islahatlar

İqtisadiyyat

27 Aprel 2019 16:23 957


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin növbəti “Video icmal”ı Prezident İlham Əliyevin son bir il ərzində həyata keçirdiyi quruculuq işləri, beynəlxalq layihələr və biznes, sosial və struktur islahatlarına həsr olunub. 

“Yeni Sabah” xəbər verir ki, “Video icmal”da Azərbaycanda aparılan köklü islahatlar 2018-ci ilin aprel ayının 11-dən başlayaraq ardıcıllıqla hər bir ay üzrə təqdim olunub. Bildirilib ki, İlham Əliyev prezidentlik fəaliyyətinə şəhid ailələrinə kompensasiya verilməsi barədə Fərmanın imzalaması ilə başlayıb və sosial siyasət daim prioritet olub. Son bir il ərzində “Məşğulluq haqqında” yeni Qanun, 2019-2030-cu illər üçün Məşğulluq strategiyası qəbul olunub. İcbari tibbi sığortanın tətbiqi, şəhid ailələrinə kompensasiyaların verilməsi, əmanətlərin tam sığortalanması müddətinin uzadılması, minimum aylıq əmək haqqının 38,5% artırılması, tələbə təqaüdlərinin əsaslı artımı, məcburi köçkünlərin və hərbi qulluqçuların ailələrinə müavinətlərin artırılması, həmçinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı vacib qərarlar qəbul olunub. 

“Video icmal”da biznes islahatlarına geniş yer verilib: vergi və gömrük islahatları, biznesə başlama, tikinti icazələri, elektrikə qoşulma, elektron məhkəmə və s. istiqamətlərdə islahatlar qeyd olunub.  pizza sifarişi

Aparılan dərin islahatlar Azərbaycanın “Doing Business 2019” hesabatında dünyanın ən çox islahat aparan ölkəsi seçilməsi ilə nəticələnib və ölkəmiz 190 dövlət arasında 25-ci olub. Son bir ildə Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə də 7 pillə irəliləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!